Türkiyədə Kvant Texnologiyaları Təkmilləşdirmə Mərkəzi yaradılır

Bu barədə Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib

2178285
Türkiyədə Kvant Texnologiyaları Təkmilləşdirmə Mərkəzi yaradılır

 

  Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin nəzdində Kvant Texnologiyalarının Təkmilləşdirilməsi Mərkəzi yaradılır. Bu barədə komitənin rəhbəri Haluk Görgün bildirib.

  Professor Haluk Görgün deyib ki, dünyada inkişaf tempini getdikcə artıran kvant texnologiyaları sahəsində qlobal inkişaflarla bərabər, ekvivalent qazancları ölkə daxilində əldə etməyin Türkiyəyə qazandıracağı strateji üstünlükləri nəzərə alaraq, sahə üzrə ölkədaxili inkişafı sürətləndirmək və dünya ilə rəqabətədavamlı hala gətirməyi ciddi zərurət kimi görürük. Bu baxımdan Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı ilə yaradılacaq Türkiyə Kvant Texnologiyalarının Təkmilləşdirilməsi Mərkəzində bu texnologiyalar üçün mühüm olan infrastruktur yaradılacaq, insan resursları formalaşdırılacaq, yerli kvant texnologiyaları ekosistemi və texnoloji biliklər inkişaf etdiriləcək. Mərkəzdə yerli və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində də fəaliyyət həyata keçiriləcək.

 



Әlaqәli Xәbәrlәr