Türksat 6A-nın fəzada uğurlu səyahəti başladı

Türkiyənin yerli və milli rabitə peyki Türksat 6A Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatındakı “Cape Canaveral” Kosmik Qüvvələri Stansiyasından uğurla orbitə buraxılıb

2160734
Türksat 6A-nın fəzada uğurlu səyahəti başladı

 

  Türkiyənin yerli və milli rabitə peyki Türksat 6A Amerika Birləşmiş Ştatlarının (ABŞ) Florida ştatındakı “Cape Canaveral” Kosmik Qüvvələri Stansiyasından uğurla orbitə buraxılıb.

  Türkiyə mühəndisləri tərəfindən hazırlanmış Türksat 6A hava şəraitilə əlaqədar Türkiyə vaxtı ilə saat 00.20 yerinə 02.30-da “Space X”in “Falcon 9” raketi ilə “Launch Complex 40”dan kosmosa göndərilib. Təxminən yarım saat sonra raketdən uğurla ayrılan Türksat 6A-dan 67-ci dəqiqədə ilk siqnal alınıb.

  42 dərəcə şərq uzunluğunda orbitinə doğru kosmos səyahətinə başlayan Türksat 6A ən az 1 ay davam edəcək orbital sınaqlardan sonra fəaliyyətə başlayacaq.

  Yer kürəsindən 35 min 786 kilometr uzaqlıqda yerləşəcək Türksat 6A 20 Ku Band transponderilə xidmət göstərəcək.

  8,4 kilovat gücündə və 4 min 229 kiloqram ağırlığında olan Türksat 6A ilə Türksatın xidmət göstərdiyi əhatə dairəsi Hindistan, Tayland, Malayziya və İndoneziyaya qədər genişlənəcək.

  Peykin fəaliyyətə başlamasıyla Türkiyə öz rabitə peykləri yoluyla dünya əhalisinin 65 faizindən çoxuna çata biləcək. Türkiyə peyklərinin əldə etdiyi əhali sayı 3,5 milyarddan 5 milyarda yaxınlaşacaq.



Әlaqәli Xәbәrlәr