Dinozavrlardan 40 milyon il əvvəl yaşayan heyvan

“Nature” jurnalında dərc edilən araşdırmaya görə ...

2159442
Dinozavrlardan 40 milyon il əvvəl yaşayan heyvan

 

  Salamandra bənzər bir heyvanın dinozavrlardan 40 milyon il əvvəl yaşadığı müəyyən edilib.

  “Nature” jurnalında dərc edilən araşdırmaya görə, alimlər təxminən 10 il əvvəl kəşf edilən 4 fərqli nümunənin kəllə və onurğa sümüklərinin bəzi hissələrini analiz ediblər.

  Tədqiqatçılar Namibiyada tapılan və təxminən 280 milyon il yaşı olan "Gaiasia jennyae" adlanan bu canlının baş ətrafının 60 santimetr olduğunu müəyyənləşdiriblər. Alimlər bu heyvanın bataq və göl dibində yaşadığını təxmin edir. Bu salamandra bənzər canlının ilk dinozavr növündən təxminən 40 milyon il yaşlı olduğu bildirilib.

  Araşdırmanın müəlliflərindən biri olan Ceyson Pardo “Bu heyvanın – qayasianın 40 milyon il əvvəl nəsli kəsilmiş canlılarla əlaqəli olduğunu düşünürük" deyib.



Әlaqәli Xәbәrlәr