Alper Gezeravcı kosmosda 13 fərqli təcrübə aparacaq

Propolis mütəxəssisi Əsli Elif Tanuğur Samancı deyib ...

2091452
Alper Gezeravcı kosmosda 13 fərqli təcrübə aparacaq

 

  Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcı Beynəlxalq Kosmos Stansiyasında 14 gün ərzində 13 fərqli təcrübə aparacaq. Bu təcrübələrdən birində mikroqravitasiya mühitində propolisin antibakterial təsiri nəzarət və eksperimental qruplarda yoxlanılacaq. Nəticələr qravitasiya mühiti ilə müqayisə ediləcək.

  Propolis mütəxəssisi Əsli Elif Tanuğur Samancı sözügedən mövzu ilə bağlı deyib: “Məlumdur ki, kosmosa göndərilən astronavtlar özləri ilə çoxlu bakteriya aparır. Bu bakteriyaların əksəriyyəti ümumiyyətlə zərərsizdir. Ancaq kosmosdakı şərtlər bu vəziyyətin zamanla dəyişməsinə səbəb olur.

  Çəkisiz mühitdə yaşayan və yüksək miqdarda radiasiyaya məruz qalan astronavtların immun sistemləri zamanla zəifləyə bilir. Kosmos şəraitinə uyğunlaşan bakteriyalar antibiotiklərə qarşı müqavimət yarada, daha tez çoxalaraq insan sağlamlığını təhlükə altına sala bilər. Bu səbəbdən təbii arı məhsulu olan propolisin antibakterial xüsusiyyətlərinin mikroqravitasiya mühitində sınaqdan keçirilməsi araşdırılmağa dəyər və kosmos elminin gələcəyi üçün çox vacibdir”.

  Türkiyə 8,2 milyon arı pətəyi ilə arı məhsulları istehsalında dünyada 2-ci yerdədir. Propolisin zəngin bitki örtüyü və uyğun ekoloji şəraiti ilə arıçılıqda çox mühüm yeri var.

  Anadolu coğrafiyasında bitki örtüyünün müxtəlifliyi bütün Avropanın təxminən 3 qatıdır. Bu endemik bitki örtüyü Anadolu coğrafiyasından əldə edilən arı məhsullarının digər coğrafiyalarda istehsal edilən arı məhsullarından ən az 3 qat daha yüksək bioloji aktivlik göstərməsinə imkan verir.

  Ölkəmiz yüksək keyfiyyətli "İstehsal etdiyimiz patentli propolis məhsullarını Amerika, İngiltərə və Avropa ölkələri də daxil olmaqla xaricə bir çox fərqli bölgəyə ixrac edirik. Sıfır cazibə mühitində propolisin antibakterial təsirinin araşdırılacağı bu təcrübə kosmik tədqiqatların gələcəyi, ölkəmiz və dünya arıçılıq fəaliyyətləri baxımından faydalıdır.”



Әlaqәli Xәbәrlәr