ABŞ və Avropa SMR üzərində birgə işləyəcəklər

Belçikanın baş naziri Aleksandr de Croo “X” platformasındakı yazısında belə açıqlayıb ...

2062185
ABŞ və Avropa SMR üzərində birgə işləyəcəklər

 

  ABŞ və bir sıra Avropa ölkələri kiçik modul reaktorlar (SMR) üzərində birgə işləyəcəklər.

  Belçikanın baş naziri Aleksandr de Croo “X” platformasındakı yazısında Belçika, İtaliya, Rumıniya və ABŞ-dan olan təşkilatların kiçik nüvə reaktorlarının inkişafı üçün konsorsium yaratdıqlarını açıqlayıb: “Belçika kiçik nüvə reaktorlarını işə salmaq üçün ABŞ, Rumıniya və İtaliya ilə işləyəcək. Məqsədimiz təmiz və ucuz enerji istehsal etməkdir. Kiçik modul reaktorlar qlobal istiləşmə ilə mübarizədə də faydalı olacaq”.

  Konsorsiuma ABŞ-ın “Westinghouse” şirkəti, İtaliyanın “Ansaldo” və ENEA şirkətləri, Rumıniyanın RATEN tədqiqat institutu və Belçikanın Nüvə Tədqiqatları Mərkəzi daxildir.

  Dünyada təxminən 70 SMR konsepsiyası inkişaf etdirilir. Bunlar ənənəvi atom elektrik stansiyalarından daha kiçik ölçülərdə hazırlanıb.

  SMR-lər 10 ilə 300 meqavat saat arasında elektrik enerjisi istehsal edən nüvə reaktorları kimi müəyyən edilir.



Әlaqәli Xәbәrlәr