“Covid-19” keçirən insanların orqanlarında hansı dəyişikliklər görünür?
Araşdırma "Lancet Respiratory Medicine" jurnalında dərc olunub
Uzun müddətli yeni növ koronavirus (Covid-19) keçirən insanların əsas orqanlarında daha çox zədə görünüb.
BBC-nin məlumatına görə, İngiltərədə aparılan araşdırmalar uzun müddətli “Covid” xəstələrinin əsas orqanlarının nə dərəcədə təsirləndiyinə diqqət yetirib. Virusla bağlı xəstəxanaya yerləşdirilən 259 nəfər müayinə olunub. Buraxıldıqdan 5 ay sonra bu insanların əsas orqanları maqnit rezonans görüntüləmə (MRT) ilə müayinə olunub. Skrininq nəticələri heç vaxt “Covid” keçirməyən 52 nəfərlik qrupla müqayisədə mühüm fərqlər göstərib.
Skanlarda uzun müddətli “Covid” xəstələrinin ağciyər, beyin və böyrək kimi orqanlarında anormalıqların üç dəfə çox olduğu görünüb. Ən çox təsirlənən orqan ağciyər olub ki, 14 qat daha çox təsirlənib.
Şiddətli “Covid” olanlar arasında MRT daramalarının beyində bəzi anormallıqları göstərmə ehtimalı 3, böyrəklərdə 2 dəfə çox olduğu ortaya çıxıb.
Ürək və ya qaraciyərdı o qədər dəyişiklik aşkar edilməyib.
Araşdırma "Lancet Respiratory Medicine" jurnalında dərc olunub.