“Tayfun” raketinin ikinci sınağı uğurla həyata keçirildi
Sınaq Rizə-Artvin hava limanı ərazisində baş tutub.
1989770

Türkiye “Tayfun” qısamənzilli raketinin ikinci sınağını keçirib.
Sınaq Rizə-Artvin hava limanı ərazisində baş tutub.
Məlumata görə, sınaq uğurla həyata keçib.
Türkiyenin müdafiə sənayesi idarəsinin başçısı İsmail Dəmir sosial madia hesabında atışla bağlı görüntü paylaşıb.
Qeyd edək ki, “Tayfun”un ilk sınaq uçuşu 2022-ci il oktyabrın 22-də həyata keçirilib.
Türkiyenin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.
Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.