"SpaceX" şirkəti turistlərin olduğu kosmik gəmini Beynəlxalq Kosmik Stansiyaya göndərib
"Axiom" kommersiya proqramı çərçivəsində "Falcon 9" raketi "Crew Dragon" pilotlu kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) start götürüb.
1988945

"Axiom" kommersiya proqramı çərçivəsində "Falcon 9" raketi "Crew Dragon" pilotlu kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) start götürüb.
Bu barədə "SpaceX" şirkəti xəbər verib.
Gəmiyə keçmiş "NASA" astronavtı və BKS-nin ilk qadın komandiri Peqqi Uitson komandirlik edir, pilot sahibkar Con Şoffner, ekipaj üzvləri isə Səudiyyə Ərəbistanı astronavtları Rayyan Barnavi və Əli əl-Karnidir.
Astronavtlar BKS-də səkkiz gün qalacaq və bu müddət ərzində onun daimi heyəti ilə birlikdə çalışacaqlar.