ÜST: Meymun çiçəyi virusu artıq qlobal sağlamlıq problemi deyil

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi virusunun beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halının sona çatdığını elan edib.

1985655
ÜST: Meymun çiçəyi virusu artıq qlobal sağlamlıq problemi deyil

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi virusunun beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halının sona çatdığını elan edib. 

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin qlobal sağlamlıq problemləri ilə bağlı keçirilən mətbuat konfransında açıqlama verib.

2022-ci ilin iyul ayında dünyada sürətlə yayılan meymun çiçəyi virusu səbəbilə "beynəlxalq əhəmiyyət kəsb edən ictimai sağlamlıq fövqəladə vəziyyət" elan etdiyini xatırladan Qebreyesus "Meymun çiçəyi virusu səbəbiylə 111 ölkədən 87 min yoluxma və 140 ölüm halı ÜST-ə bildirildi" deyib.

Qebreyesus qeyd edib ki, son üç ayda meymun çiçəyi virusuna yoluxma halları əvvəlki üç ay ilə müqayisədə 90 faiz az olub.

Meymun çiçəyi virusu gündəmi ilə toplanan ÜST Fövqəladə Komitəsinin birdən çox ölkədə görülən virusun artıq beynəlxalq əhəmiyyətə sahib ictimai sağlamlıq fövqəladə halını ifadə etməməsini tövsiyə etdiyini ifadə edən Qebreyesus "Meymun çiçəyi virusunun artıq qlobal sağlamlıq problemi olmadığını elan etməkdən məmnunam. Lakin "Covid-19" epidemiyasında olduğu kimi, bu, xəstəliyin bitdiyi demək deyil" deyib.

Qebreyesus həmçinin bildirib ki, meymun çiçəyi virusu proaktiv və davamlı cavab tələb edən mühüm sağlamlıq problemləri yaratmağa və Afrika da daxil olmaqla bütün bölgələri təsir altına almaqda davam edir.



Әlaqәli Xәbәrlәr