"Soyuz MS-22" BKS-i tərk edərək Yerə qayıtdı
Türkiyə vaxtı ilə saat 14:45-də Qazaxıstanın Jezkazqan şəhərinə uğurlu eniş edib
1967034
2022-ci ildə meteorit çarpması nəticəsində zədələnən Rusiyaya məxsus "Soyuz MS-22" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edərək ekipajsız Yer kürəsinə qayıdıb.
21 sentyabr 2022-ci ildə Rusiya kosmonavtları Sergey Prpkopyev və Dmitri Petelin, həmçinin amerikalı astronavt Frank Rubionu BKS-ə aparan Rusiyanın “Soyuz MS-22” kosmik gəmisi ekipajsız Yerə qayıdıb.
Beynəlxalq Kosmik Stansiyada hazırlanan təcrübələrə aid material və sənədlərlə yanaşı, “Soyuz MS-22” gəmisi kosmonavt kostyumları, boşalmış batareyalardan ibarət 218 kiloqramlıq yük və 100 kiloqramlıq zibillə Türkiyə vaxtı ilə saat 14:45-də Qazaxıstanın Jezkazqan şəhərinə uğurlu eniş edib.