VII Türkiyə Milli Antarktika Elmi Ekspedisiyası ağ qitədə

TÜBİTAK Mərmərə Araşdırmalar Mərkəzi (MAM) Qütb Araşdırmaları İnstitutunun direktoru, VII Milli Antarktika Elmi Ekspedisiya qrupunun koordinatoru, professor Burcu Özsoy ekspedisiyada 19 türkiyəli və 3 xarici alimin olduğunu bildirərək deyib...

1942089
VII Türkiyə Milli Antarktika Elmi Ekspedisiyası ağ qitədə
Turk Bilim Heyeti Antarktika1.jpg
Turk Bilim Heyeti Antarktika.jpg

 

  VII Türkiyə Milli Antarktika Elmi Ekspedisiyası çərçivəsində yola çıxan Türkiyə komandası 68 saatlıq yoldan sonra ağ qitəyə qədəm qoyub.

  Yanvarın 30-da İstanbuldan Braziliyanın San-Paulu şəhərinə üz tutan 24 nəfərlik elmi heyət təxminən 22 saatlıq 4 ayrı-ayrı uçuşdan sonra 13.800 kilometr yol qət edərək 3 günün sonunda təxminən 2 ton texniki avadanlıqla Antarktikanın Kral Corc (King George) adasına çatıblar.

  Komanda 30 gündən çox davam edəcək işlərini görmək üçün Kral Corc adasının sahillərində Çili bayraqlı 80 metrlik “Betanzos” tədqiqat gəmisinə qayıqlarla gedib. Sonra elmi heyət gəmi ilə Antarktidada Türkiyə Araşdırma Düşərgəsinin yerləşdiyi At nalı (Horseshoe) adasına keçəcək.  

  TÜBİTAK Mərmərə Araşdırmalar Mərkəzi (MAM) Qütb Araşdırmaları İnstitutunun direktoru, VII Milli Antarktika Elmi Ekspedisiya qrupunun koordinatoru, professor Burcu Özsoy ekspedisiyada 19 türkiyəli və 3 xarici alimin olduğunu bildirərək deyib: "18 müxtəlif layihə üzərində çalışacağıq. Bundan əlavə, TÜBİTAK 2204-C Lisey Şagirdləri Qütb Araşdırma Layihələri Müsabiqəsi çağırışı çərçivəsində TEKNOFEST-də elan edilən ilk 3 lisey qalibimiz bizimlə birlikdə Antarktidaya gəlib. Onlar “Bioloji parçalana bilən plastik məmulatları” layihəsini həyata keçirəcəklər.

  Coğrafiyadan fizikaya və ictimai elmlərə qədər geniş sahələr üzrə layihələr işləyəcəyik”.

  Qeyd edək ki, Türkiyənin Antarktika Müqaviləsində məsləhətçi ölkə statusu qazanması üçün hər il mütəmadi olaraq elmi ekspedisiyalar həyata keçirməli, araşdırmalarını beynəlxalq elmi jurnallarda dərc etdirməlidir. Tədqiqatçılar bu istiqamətdə görəcəkləri işlərlə Türkiyənin beynəlxalq elm aləmində tanınmasına töhfə verəcəklər.



Әlaqәli Xәbәrlәr