Qrenlandiyanın bəzi bölgələrində hava istiliyi rekord həddə artıb

Qrenlandiyanın bəzi bölgələrində hava istiliyi son 1000 ilin ən yüksək səviyyəsinə çatıb.

1934936
Qrenlandiyanın bəzi bölgələrində hava istiliyi rekord həddə artıb

TRT xəbər verir ki bu barədə “Nature” jurnalında məqalə dərc olunub. Yazıda : “Qrenlandiyanın şimal hissəsində temperatur 20-ci əsrlə müqayisədə 1,5 dərəcə Selsi (2,7 Fahrenheit) artıb. Bu da son 1000 ilin ən yüksək artımı hesab edilir”.

Alimlər 1995-ci ildən bəri buz təbəqələrindən və buz nüvələrindən götürülmüş nümunələrlə temperaturun sürətlə artdığını aşkar ediblər.

Araşdırma qrupunun üzvü Maria Hörhold, “1990-2011-ci illər arasında temperaturun yüksəldiyini müşahidə etdiklərini vurğularkən, Danimarka Meteorologiya İnstitutunun buzşünası Jason Box da: “Şimali Qrenlandiyanın istiləşməsindən çox narahat olmalıyıq. Çünki həmin ərazidə böyük gəl-get buzlaqlar və buz axını şəklində onlarla hərəkətsiz nəhəng buzlar mövcutdur” .



Әlaqәli Xәbәrlәr