Amerikalı və ingiltərəli uroloqlar Türkiyədə

İngiltərəli və amerikalı uroloqlar İstanbul Başakşehir Çam Uroloji Klinikasında və Sakura Şəhər Xəstəxanasında Da Vinçi robotik cərrahiyyəsi, protez cərrahiyyəsi, holep (prostat vəzinin lazerlə əməliyyatı), ESWL litotripsi müalicəsinə dair praktiki təlim

1915188
Amerikalı və ingiltərəli uroloqlar Türkiyədə
turk hekim doktor.jpg
turk hekim doktor.jpg
turk hekim doktor.jpg

İngiltərəli və amerikalı uroloqlar İstanbul Başakşehir Çam Uroloji Klinikasında və Sakura Şəhər Xəstəxanasında Da Vinçi robotik cərrahiyyəsi, protez cərrahiyyəsi, holep (prostat vəzinin lazerlə əməliyyatı), ESWL litotripsi müalicəsinə dair praktiki təlim kursu keçiblər.
İngiltərəli və amerikalı həkimlər professor Abdulmuttalip Şimşəyin həyata keçirdiyi əməliyyata qatılıblar.
Təlimlər haqqında məlumat verən professor Şimşək ABŞ və İngiltərədən olan həkimlərin 5 əməliyyata qatılacaqlarını və onların həkimlərin nəzarəti altında göstərilən texnikaları tətbiq etmək imkanı əldə edəcəklərini deyib.
Şimşək bildirib ki, təlimlərin sonunda həkimlər tətbiq etdikləri cərrahi üsullarla bağlı sertifikatlar alacaqlar.

"Şəhər xəstəxanasının qurulması ilə ən son tibbi alətlərlə işləmək imkanı əldə etdik. Tibbi alətlərdən istifadə bizim hazırladığımız yeni cərrahi üsullarla birləşdirildikdə çox yaxşı nəticələr əldə etdik. Bu nəticələr xaricdəki həkimlərin diqqətini çəkdi. Həkimlər, yalnız  İngiltərə və ABŞ-dan deyil, dünyanın hər yerindən Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasına təhsil almaq üçün gəlir'',-deyə Abdulmuttalip Şimşək bildirib.
Şimşək İtaliya, İspaniya, İraq, Misir, Yaxın Şərq və Afrika ölkələrindən həkimlərin təhsil almaq üçün xəstəxanalarına gəldiyini, ingilis və amerikalı həkimlərin gəldikləri zaman xəstəxananın böyüklüyünə təəccübləndiklərini qeyd edib.
Abdulmuttalip Şimşək bildirib ki, gələn həkimlər Türkiyədə sağlamlıq turizminin niyə bu qədər inkişaf etdiyini anlamaq imkanı əldə ediblər.



Әlaqәli Xәbәrlәr