“Orion” "Ən uzaq məsafə" rekordunu qırdı
NASA-nın verdiyi məlumata görə...
![“Orion” "Ən uzaq məsafə" rekordunu qırdı](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/c561/c040/ff43/6387177b6c9da.jpg?time=1722044623)
Noyabrın 16-da Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyi – NASA-nın “Aya qayıdış” layihəsi çərçivəsində orbitə buraxdığı “Orion” kapsulu "Ən uzaq məsafə" rekordunu qırıb.
NASA-nın verdiyi məlumata görə, kapsulun noyabrın 26-da təqribən 430.000 kilometr yol qət etdiyi bildirilib, bunun "insanları aparmaq üçün nəzərdə tutulmuş kosmik gəminin səyahət edə biləcəyi ən uzun məsafə rekordu" olduğu açıqlanıb.
NASA-nın “Aya qayıdış” layihəsi olan “SLS-Orion” kosmik gəmisi "Artemis 1"in noyabrın 16-da orbitə buraxılıb və kapsul 21 noyabrda 128 kilometr məsafə ilə Ayın orbitində səthə ən yaxın məsafəyə yaxınlaşıb.
“Orion” kapsulunun dekabrın 11-də Sakit okeana enməsi planlaşdırılır.
NASA astronavtları 2024-cü ildə Aya eniş aparatı olmayan “Orion” kapsulu ilə 2024-cü ildə Ay ətrafında sınaq turu edə biləcək və 2025-ci ildə “SpaceX”in “Starship” gəmisi ilə Aya enəcək.
“SLS-Orion” kosmik gəmisi indiyədək NASA-ya təxminən 37 milyard dollara başa gəlib.
Yunan mifologiyası qəhrəmanlarından olan Apollonun əkiz bacısı Orionun adını daşıyan layihə ilə NASA astronavtları ən tez 2025-ci ildə Aya göndəriləcək. Məqsəd Marsa insanları göndərə bilən iddialı və uzunmüddətli səyahətlər üçün Ay koloniyası qurmaqdır.
Әlaqәli Xәbәrlәr
![Meşə yanğınlarını proqnozlaşdıran süni intellekt hazırlanıb](http://cdn.trt.net.tr/images/medium/rectangle/22f9/7400/adb1/65e82e6e64eb3.jpg?time=1722044623)
Meşə yanğınlarını proqnozlaşdıran süni intellekt hazırlanıb
Meşə yanğınlarını proqnozlaşdırmaq üçün "cWGAN" adlı yeni süni intellekt modeli hazırlanıb