Rusiya hərbi peykini orbitə göndərdi

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada yazılır...

1912402
Rusiya hərbi peykini orbitə göndərdi

 

  Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun istifadəsi üçün daha bir peyki orbitə çıxarıb.

  Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından “Soyuz 2.1b” raketi ilə buraxılan "Kosmos-2564" adlı peykin uğurla orbitə çıxarıldığı bildirilib.

  Nazirlikdən verilən açıqlamada yazılır: "Kosmik gəmi nəzərdə tutulan vaxtda Aviasiya və Kosmik Qüvvələrin nəzarətinə keçib".

  Qeyd edək ki, Rusiya bundan əvvəl noyabrın 2-də Plesetsk Kosmik Bazasından hərbi peykini kosmosa göndərmişdi.



Әlaqәli Xәbәrlәr