Liviyada Türk xəstəxanası istifadəyə verilib

Liviyanın Misrata şəhərində türk sahibkarlar tərəfindən tikilən ilk türk xəstəxanası istifadəyə verilib.

1912205
Liviyada Türk xəstəxanası istifadəyə verilib

Müasir texnoloji ilə təchiz edilmiş “Libyan Turkish Hospitalt” xəstəxanasında daha çox türk həkimlər fəaliyyət aparacaq.

13 poliklinika və 4 əməliyyat otağı olan 120 çarpayılıq xəstəxana tam təchiz olunmuş təcili tibbi yardım xidməti də çatdıracaq.

Xəstəxana birinci mərhələdə ürək-damar cərrahiyyəsi, kardiologiya, ortopediya və travmatologiya, neyrocərrahiyyə, ümumi cərrahiyyə, mamalıq, daxili xəstəliklər, uşaq sağlamlığı və xəstəlikləri, yoluxucu xəstəliklər, anesteziya və reanimasiya, otorinolarinqologiya, radiologiya, qidalanma və pəhriz, təcili xidmət və Təcili yardım xidməti filiallarında xidmət göstərəcək.

Minlərlə liviyalının ehtiyac duyduğu tibbi xidmətlər Türk Xəstəxanası vasitəsilə qarşılanacaq.



Әlaqәli Xәbәrlәr