Hindistan və Butan kosmosa birgə peyk göndərdi
Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır...
Hindistanda Butan Krallığı ilə birgə hazırlanmış “İndia-Butan SAT” peyki kosmosa buraxıldı.
Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “Hindistan Kosmik Araşdırmalar Mərkəzi (İSRO) "Qütb peyk fırlatma vasitəsi" (PSLV-C54) olan raketi üzərindəki peykləri Andra Pradeş əyalətinin cənubundakı Şriharikota adasında yerləşən “Satish Dhawan” kosmik mərkəzindən kosmosa göndərdi. Raket Butan və Hindistanın Yer Müşahidə Peyki ilə birgə hazırlanmış "İndia-Butan SAT"dan başqa digər peykləri də daşıyıb. Butan təbii sərvətlərin idarə olunması ilə bağlı “İndia-Butan SAT” peykinin təqdim etdiyi yüksək keyfiyyətli fotoşəkilləri qiymətləndirəcək”.
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar peyklərin orbitə buraxılmasından sonra verdiyi açıqlamada “Hindistanın Butanla ikitərəfli əməkdaşlıqda tarixi dönüş nöqtəsi əldə etdiyi”ni bildirərək deyib: “Butanlı mühəndislər Hindistanda peyk hazırlamaq və peykdən alınacaq məlumatların təhlili üçün yetişdirildi. Nəticədə birgə inkişaf etdirilən peyk bu gün orbitə buraxıldı”.