“Tesla” 300 mindən çox avtomobili geri çağırır

Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-da təxminən 321 min avtomobili geri çağırır.

1908756
“Tesla” 300 mindən çox avtomobili geri çağırır

TRT Xəbər verir ki, buna səbəb avtomobillərin arxa işıqlarının işləməməsi ilə bağlı müştərilərin şikayəti olub.

Bildirilir ki, problem səbəbindən indiyədək heç bir qəza və ya xəsarət qeydə alınmayıb.

Geri çağırılma 2023 “Tesla” “Model3” və 2020-2023 “Model Y” elektrik avtomobillərinə aiddir.

Qeyd edək ki, “Tesla” 30 minə yaxın “Model X” avtomobilini hava yastığı ilə bağlı problemə görə geri çağırıb.

 



Әlaqәli Xәbәrlәr