Bəzi qidalar və pəhrizlər 2-ci tip diabet riskini artırır

Tədqiqatın nəticələri Amerika Ürək Assosiasiyasının Elmi Sessiyalar Konfransında açıqlanıb

1908471
Bəzi qidalar və pəhrizlər 2-ci tip diabet riskini artırır

 

  Az karbohidratlı və heyvan mənşəli qidaların qəbulunun 2-ci tip diabet riskini artıra biləcəyi açıqlanıb.

  Zülal (protein) əsaslı və az karbohidratlı pəhrizlər edərək arıqlamaq üsuluna gedilməyə davam edərsə, bunun uzunmüddətli mənfi təsirləri olacaq.

  “Usnews”un yazdığına görə, Amerika Ürək Xəstəlikləri Dərnəyi alimləri karbohidratlı pəhrizlərdə zülal və yağ qaynağının 2-ci tip diabetin inkişafına təsiri araşdırıb. Bununçün onlar 1984-2017-ci illər arasında 203.541 yetkin insanın qidalanma məlumatlarını təhlil ediblər.

  Alimlər müəyyən ediblər ki, zülal və yağları heyvan mənşəli qidalardan əldə edən və az karbohidratlı qidalar qəbul edən insanlarda 2-ci tip diabetə tutulma riski 35 faiz, bitki mənşəli zülal və yağ qəbul edən insanlarda isə bu nisbət 6 bal (29 faiz) aşağıdır.

  Müşahidə olunub ki, bitki mənşəli qidalarla qəbul edən insanlarda zərif şəkər qəbulu azalarsa, 2-ci tip şəkərli diabetə tutulma riski də 15 faiz azala bilər.

  Tədqiqatın nəticələri Amerika Ürək Assosiasiyasının Elmi Sessiyalar Konfransında açıqlanıb.



Әlaqәli Xәbәrlәr