“Twitter” ən doğru məlumat mənbəyi olmalıdır, ona görə bunu etdik”, İ.Mask

Sosial media şirkəti “Twitter”in yeni sahibi İlon Mask (Elon Musk) saxta hesabları həmişəlik dayandıracaqlarını açıqlayaraq deyib...

1902995
“Twitter” ən doğru məlumat mənbəyi olmalıdır, ona görə bunu etdik”, İ.Mask

 

  Sosial media şirkəti “Twitter”in yeni sahibi İlon Mask (Elon Musk) saxta hesabları həmişəlik dayandıracaqlarını açıqlayıb. O, “Twitter” hesabından verdiyi açıqlamada bildirib: “Əgər profilə "parodiya hesabı" ifadəsi qoyulmasa, saxta hesablar daimi olaraq dayandırılacaq.

  Təsdiqlənmiş hesab kimi tanınan mavi tik tətbiqi artıq ödənişli olacaq və hər hansı bir ad dəyişikliyi mavi tik işarəsinin müvəqqəti olaraq ləğv edilməsinə səbəb olacaq.

  Əvvəllər sözügedən hesablar dayandırılmadan əvvəl xəbərdarlıq edilirdi. Yeni dövrdə heç bir xəbər verilməyəcək.

  Təsdiqlənmiş hesab tətbiqinin geniş yayılması ilə cəmiyyətin səsi daha da güclənəcək.

  “Twitter” dünyanın ən doğru məlumat mənbəyi olmalıdır”.

  Mavi tik nədir, nə edir? Mavi tik işarəsi hesabın həqiqi olduğunu göstərir. Axtarış nəticələrində hesab adının yanında görünür. “Twitter”də mavi işarə nişanını əldə etmək üçün hesab orijinal, tanınmış və aktiv olmalıdır.



Әlaqәli Xәbәrlәr