Tam süni ürək nəqli edən ilk qadın ürək cərrahı Dilek Gürsoy "Forbes" jurnalının üz qabığında

Avropanın tam süni ürək nəqli edən ilk qadın ürək cərrahı dr. Dilek Gürsoy dünyaca məşhur "Forbes" jurnalının üz qabığında yer alıb.

1896086

Tibb sahəsində müvəffəqiyyətli araşdırmaları ilə adından söz etdirən və Avropada tam süni ürək nəqli edən ilk qadın ürək cərrahı olan Dilek Gürsoy ABŞ-da nəşr olunan "Forbes" jurnalının Almaniyada noyabrın 3-də dərc olunacaq üz qabığında yer alıb. 

D.Gürsoy "12 ildir ki, süni ürək sahəsində çalışıram. Almaniyada "Forbes" kimi dünyaca məşhur bir jurnalın üz qabığında olmaqdan şərəf duyuram" deyə ifadə edib. 

Türkiyenin Ordu şəhərindən bir ailənin qızı olan və illər əvvəl Almaniyaya mühacirət edən Dilek Gürsoy uğurlu əməliyyatları ilə Avropada axtarılan azsaylı həkimlər sırasındadır.

Avropada süni ürək cərrahiyyəsi üzrə ilk və tək qadın həkim olan Gürsoyun Almaniyadan başqa Hindistan və Türkiyedə də mühüm ürək əməliyyatlarında iştirak etdiyi məlumdur.

2019-cu ildə Almaniyanın ən nüfuzlu mükafatlarından biri olan "Victress Award" və Alman Tibb Mükafatına layiq görülməklə yanaşı, Gürsoy İlin Həkimi də seçilib.

Gürsoy hələ də Düsseldorfdakı Bel Etage Klinikasının baş həkimidir.

Әlaqәli Xәbәrlәr