“Asteroid Yerə doğru yaxınlaşıb, lakin…”

Rusiya Keldış Tətbiqi Riyaziyyat İnstitutunun alimləri sosial media hesablarından bildiriblər...

1887600
“Asteroid Yerə doğru yaxınlaşıb, lakin…”

 

  Təxminən yarım kilometr diametrdə olan asteroidin Yerə doğru irəlilədiyi, lakin təhlükə yaratmadığı açıqlanıb.

  Rusiya Keldış Tətbiqi Riyaziyyat İnstitutunun alimləri sosial media hesablarından bildiriblər: “Oktyabrın 1-nə keçən gecə Rusiyanın cənubundakı iki rəsədxana Yerə yaxınlaşan yeni asteroid “SE37”ni görüb. Sözügedən obyekt təhlükə yaratmayıb”.

  TASS agentliyinə məlumatında astronom Yuri Baleqa deyib: "Bu, artıq Yer ətrafında kəşf edilmiş 30 min asteroiddən biridir. O, planetimizdən milyonlarla kilometr uzaqda uçur və Yer üçün heç bir təhlükə yaratmır".



Әlaqәli Xәbәrlәr