Cənubi Şniferner buzlaq statusundan çıxarıldı

Bavariya Elmlər Akademiyasından verilən açıqlamada Almaniyada yalnız 4 böyük buzlaqın qaldığı bildirilib

1885141
Cənubi Şniferner buzlaq statusundan çıxarıldı

 

  Almaniyada bu yay müşahidə edilən həddindən artıq istilər səbəbindən əriyən Alp dağlarındakı Cənubi Şniferner (Schneeferner) buzlaq statusundan çıxarıldı.

  Bavariya Elmlər Akademiyasından verilən açıqlamada Almaniyada yalnız 4 böyük buzlaqın qaldığı bildirilib.

  Almaniya alimlərinin Cənubi Şnefernerdə apardıqları ölçmə tədqiqatlarına görə, 4 il ərzində adı çəkilən buzlaq yarıya qədər kiçilib.

  Əksər hissələrinin orta qalınlığı 2 metr kimi olduğu üçün Cənubi Şneferner buzlaq statusundan çıxarılıb.

  Alimlər azalan buz təbəqəsinin 1-2 il ərzində tamamilə əriyəcəyini bildiriblər.

  Qeyd edək ki, Avropada bir çox buzlaq iqlim dəyişikliyi səbəbindən yaxın illərdə yox olmağa başlayır.



Әlaqәli Xәbәrlәr