İki qardaş ölkə kosmik layihələrdə birgə iştirak edəcək

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos və Türkiyenin Kosmik Agentliyi arasında kosmik sahədə Anlaşma Memorandumu imzalanıb.

1882113

İmzalanma mərasimi Parisdə Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilib.

Memorandum Yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.

Sənəd Azərkosmos və Türkiye Kosmik Agentliyinin beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.

Әlaqәli Xәbәrlәr