İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur?

Alimlər xüsusilə, şimal ölkələrində günəşdə çox vaxt keçirməyin melanoma və digər ölümcül xərçənglərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər

1868152
İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur?

 

  İqlim dəyişikliyi ölümcül dəri xərçənginin artmasına səbəb olur.

  Alimlər xüsusilə, şimal ölkələrində günəşdə çox vaxt keçirməyin melanoma və digər ölümcül xərçənglərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

  Bristol Universitetinin iqlim elmləri üzrə professoru Den Mitçel (Dann Mitchell) İngiltərə və digər şimal ölkələrində insanların isti günlərdə daha çox çölə çıxdıqlarına və bunun artıq günəş işığı və xərçəng faktoru olan ultrabənövşəyi (UV) şüalara səbəb olduğuna diqqət çəkərək deyib: "Biz deyə bilmərik ki, isti hava dalğası xüsusi bir xərçəngə səbəb olur. Amma bu da var ki, artan xərçəng riski insanların yaratdığı iqlim dəyişikliyi və isti günlərlə də əlaqədardır.”

  Şeffild (Sheffield) Universitetinin medikal onkologiya üzrə professoru Sarah Danson da məsələ ilə bağlı narahatlığını ifadə edərək daha isti yayların melanomadan ölümə səbəb ola biləcəyini söyləyib.

  Qeyd edək ki, Avropa ölkələri rekord qıran temperaturla mübarizə aparmaqdadır.



Әlaqәli Xәbәrlәr