Türkiyə Hərbi Dəniz Donanmasının ikinci ən böyük gəmisi "DERYA"

Hərbi Dəniz Qüvvələrinin ikinci ən böyük gəmisi olacaq "DERYA"-nın tikintisi tam sürətlə davam edir.

1851250
Türkiyə Hərbi Dəniz Donanmasının ikinci ən böyük gəmisi "DERYA"

Hərbi Dəniz Qüvvələrinin ikinci ən böyük gəmisi olacaq "DERYA"-nın tikintisi tam sürətlə davam edir.
Türkiyə Müdafiə Sənayesi sədri İsmail Dəmir Dəniz Təchizatı Döyüş Dəstək Gəmisinin (DERYA) tikintisinin tam sürətlə davam etdiyini söyləyib. 
"DERYA"-nın tikinti mərhələsi başa çatdıqda, donanmanın ikinci ən böyük gəmisi olacaq.
İsmail Dəmir donanmanın ikinci ən böyük gəmisi "DERYA" ilə bağlı yeni açıqlama verib.

İ.Dəmir "Twitter" hesabında etdiyi paylaşımda "Dəniz donanmamızın ikinci ən böyük gəmisi olacaq "DERYA"-nın inşası tam sürətlə davam edir. Cümhuriyyətimizin 100-cü ildönümündə "DERYA"-nın inventarda yer alması üçün çox çalışırıq, 2023-cü ilə doğru güclü addımlarla irəliləyirik" deyib.

Qeyd edək ki, Müdafiə Sənayesi İdarəsinin başlatdığı layihə çərçivəsində Yalovadakı Sefine Gəmiqayırma Zavodu tərəfindən tikintisi davam edən "DERY" ilə üzən birliklərin helikopter yanacağı daxil olmaqla yanacaq və su təchizatını dənizdə təmin etmək yolu ilə sürətli şəkildə həyata keçirmək, gəmilərdəki sualtı pilotlu və pilotsuz suüstü və sualtı vasitələrinin, helikopterlərin və pilotsuz uçuş aparatlarının (PUA) müəyyən səviyyədə baxım və təmirini dəstəkləmək məqsədi daşıyır.
"TCG DERYA" gəmisi maksimum eni təxminən 25 metrdir. O, saatda 24 dəniz mili sürətə çata biləcək. 26 min ton yerdəyişmə ilə çətin dəniz şəraitində təhlükəsiz hərəkət edə biləcək.



Әlaqәli Xәbәrlәr