Cənubi Koreya yerli istehsalı olan raketini kosmosa göndərdi
Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə sayılacaq

Cənubi Koreya yerli istehsalı olan “Nuri” raketini ikinci dəfə kosmosa göndərdi.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, 2021-ci ildə orbitə 1,5 tonluq süni peykini yollaya bilməyən raket ikinci dəfə paytaxt Seuldan təxminən 500 kilometr cənubda yerləşən Qohın-qun (Goheung-gun) şəhərindəki Naro Kosmik Mərkəzindən buraxılıb.
Raketin daşıdığı peykləri Yer kürəsindən 700 kilometr yüksəklikdə orbitə yerləşdirməsi planlaşdırılır.
Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə sayılacaq.
İkinci sınaq əvvəlcə əlverişsiz hava şəraitinə görə iyunun 16-na, sonra isə raketin çəninin sensorunda nasazlıq səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Koreya Kosmik Tədqiqatlar İnstitutu (KARI) “Nuri” raketinin 2027-ci ilə qədər daha 4 dəfə kosmosa buraxılacağını bildirib.
Raket Cənubi Koreyaya 1,6 milyard dollara başa gəlib. Çəkisi 200 ton, uzunluğu 47,2 metr olan raketin 6 mühərriki var.
Әlaqәli Xәbәrlәr

İngiltərədə nəhəng su zanbağı aşkar edilib
İngiltərədə yarpaqları 3 metrdən çox olan nəhəng su zanbağının yeni növü aşkar edilib.

Türkiyə Hərbi Dəniz Donanmasının ikinci ən böyük gəmisi "DERYA"
Hərbi Dəniz Qüvvələrinin ikinci ən böyük gəmisi olacaq "DERYA"-nın tikintisi tam sürətlə davam edir.