Bir vaxtlar ən populyar brauzer olan “İnternet Explorer” bağlanır, çünki…

“Microsoft” 15 iyundan etibarən “Explorer” üçün dəstəyi dayandıracaq

1843295
Bir vaxtlar ən populyar brauzer olan “İnternet Explorer” bağlanır, çünki…

 

  Bir vaxtlar ən populyar brauzer sayılan 27 yaşlı “İnternet Explorer” bağlanır.

  “Microsoft” 15 iyundan etibarən “Explorer” üçün dəstəyi dayandıracaq.

  Brauzerin ən son versiyası olan “İnternet Explorer 11” “Windows”un bir sıra versiyalarında dəstəklənməyəcək. “Microsoft” tərəfindən hazırlanmış “Microsoft Edge” brauzeri isə 2029-cu ilə qədər “İnternet Explorer” rejimini dəstəkləyəcək.

  Proqram şirkəti hələ də miqrasiya planı hazırlamaq üçün brauzerdən istifadə edənlərə xəbərdarlıq yazır.

  Xatırladaq ki, “İnternet Explorer” ilk dəfə 1995-ci ildə istifadəçilərə təqdim edilib. “Explorer” sayəsində bir çox insan internetlə tanış olub. Bu, uzun illər ərzində ən çox istifadə edilən brauzer idi və 2003-cü ildə dünya üzrə 95 faizə yaxın istifadə payı ilə zirvəyə çatmışdı. “Windows” əməliyyat sistemində qurulan brauzer bazarın böyük bir hissəsini tuturdu. Lakin zaman keçdikcə digər brauzerlər daha populyarlaşdı və o, rəqabətdən geri qaldı.



Әlaqәli Xәbәrlәr