Afrika qitəsində xərçəng xəstəliyi və ölüm nisbətləri

ABŞ-ın Penn State Universiteti Tibb fakültəsinin bir qrup alimi Afrika qitəsində xərçəng xəstəliyi nisbətləri ilə bağlı "Afrikada xərçəngin xəritəsi" adlı yeni elmi yazı dərc edib

1843293
Afrika qitəsində xərçəng xəstəliyi və ölüm nisbətləri

 

  Afrika qitəsində xərçəng xəstəliyi və ölüm nisbətləri 20 il ərzində iki dəfə arta bilər.

  ABŞ-ın Penn State Universiteti Tibb fakültəsinin bir qrup alimi Afrika qitəsində xərçəng xəstəliyi nisbətləri ilə bağlı "Afrikada xərçəngin xəritəsi" adlı yeni elmi yazı dərc edib.

  Xərçəng xəstəliyi və ölüm nisbətlərinin 20 ildə 2 dəfə arta biləcəyindən bəhs edilən araşdırmada bu təhlükənin səbəbi kimi qitənin bir çox yerində sağlamlıq mərkəzlərinə çıxışın məhdud olması və infrastrukturun olmaması göstərilib.

  Afrikada 2020-ci ildə təxminən 1,1 milyon xərçəng xəstəliyi və 711 min 429 xərçəngə bağlı ölüm faktları aşkarlanıb. 2040-cı ilə bu xəstəliyin 2,1, ölümlərinin isə 1,4 milyona yüksələcəyi bildirilib.

  Xərçəngə qarşı lazımi tədbirlərin alınmasının vacibliyinə diqqət çəkən elmi tədqiqatda qadınların bu xəstəliyə kişilərə nisbətən daha çox tutulduğu qeyd edilib.

  Araşdırmada xərçəng xəstəliyinə ən çox rast gəlinən ölkələrin Misir, Nigeriya və Cənubi Afrika olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr