Kosmik gəminin qaradərili ilk qadın pilotu “Glex”də

Sakit okeandakı Quam adasında anadan olan geologiya üzrə amerikalı professor Sian Proktor kosmik gəmidə uçan ilk qaradərili qadın olmaqla yanaşı, həm də ilk qaradərili kommersiya astronavtıdır

1841626
Kosmik gəminin qaradərili ilk qadın pilotu  “Glex”də

 

  Üç astronavt qadın, o cümlədən kosmik gəmini idarə edən ilk qaradərili qadın Sian Proktor iyulun 4-dən 7-dək Portuqaliyanın Azor adalarında keçiriləcək “Glex” III Qlobal Geoloji Kəşfiyyat sammitində iştirak edəcək.

  Qadın astronavtlar “Glex”də kosmosun mənimsənilməsinin elitasını təqdim edəcəklər.

  Sakit okeandakı Quam adasında anadan olan geologiya üzrə amerikalı professor Sian Proktor kosmik gəmidə uçan ilk qaradərili qadın olmaqla yanaşı, həm də ilk qaradərili kommersiya astronavtıdır.

  Bu il “Glex” sammiti bir daha dünyanın geoloji kəşfiyyat sahəsində elitasını Portuqaliyada, Atlantik okeanında Azor adaları arxipelaqının adalarından biri olan San Migeldə bir araya gətirəcək. Hər gün geoloji kəşfiyyat sahəsində köklü dəyişikliklərin baş verdiyi bir vaxtda yeni kəşfiyyat dövrünə yol açan və bəşər övladının gələcəyini formalaşdıran qabaqcıl texnologiyaların və innovasiyaların təqdim olunacağı III Qlobal Geoloji Kəşfiyyat Sammitinin “Bundan sonra nə olacaq?” mövzusu müxtəlif sessiyalarının şüarı və ruh mənbəyi olacaq. Proqrama dörd əsas mövzu - okeanlar, kosmik tədqiqatlar, təbiətin mühafizəsi və iqlim dəyişikliyi, həmçinin dövrümüzün hazırkı və gələcək böyük ekspedisiyaları sayılan 40-dan çox təqdimat sessiyası daxil olacaq.



Әlaqәli Xәbәrlәr