“Bu addım həm də daha böyük mərhələlərdən xəbər verir”, A.Karaismailoğlu

“Türksat 5B” 14 iyunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə xidmətə veriləcək

1841793
“Bu addım həm də daha böyük mərhələlərdən xəbər verir”, A.Karaismailoğlu

 

  Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Türkiyənin bir il ərzində iki mühüm peyki olan “Türksat 5A” və “Türksat 5B”ni kosmosa göndərən azsaylı ölkələr arasında olduğunu bildirərək “Peyk və kosmos tədqiqatları ilə Türkiyəni öz regionunda lider, dünyanın isə lider dövlətlərindən birinə çevirəcəyik” deyib.

  İyunun 14-də istifadəyə veriləcək “Türksat 5B” peyki ilə bağlı verdiyi yazılı açıqlama verən nazir deyib: “Bu addım həm də daha böyük və qürurverici mərhələlərdən xəbər verir.

  Layihələr və investisiyalar ləngimədən davam edir.

  Türkiyə bir il ərzində Türksat 5A və Türksat 5B adlı iki mühüm peyki kosmosa göndərən azsaylı ölkələr arasında olub.

  “Türksat 5B” peyki 19 dekabr 2021-ci ildə kosmosa buraxılıb.

  Kosmosda izi olmayanın Yerdə gücü yoxdur.

  “Türksat 5B”nin 5 aylıq səyahəti sona çataraq mayın 17-də orbitə çatıb. Performans və orbital sınaqlar uğurla tamamlanıb.

  “Türksat 5B” 14 iyunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə xidmətə veriləcək”.



Әlaqәli Xәbәrlәr