Dünyanın ən hündür meteoroloji stansiyası quruldu

Bu, dünyada ən yüksək nöqtədə yerləşən avtomat meteoroloji stansiyadır

1822419
Dünyanın ən hündür meteoroloji stansiyası quruldu

 

  Çin mütəxəssisləri Comolunqma (Everest) dağında dəniz səviyyəsindən 8830 metr yüksəklikdə avtomat rejimdə çalışan meteoroloji nəzarət stansiyası quraşdırdılar. Bu, dünyada ən yüksək nöqtədə yerləşən avtomat meteoroloji stansiyadır. Bildirilir ki, stansiyanın sınaqları uğurlu olub və onun məlumatları ötürmə funksiyası normal çalışır. Günəş enerjisi ilə işləyən stansiyanın qarlı və şaxtalı hava şəraitində təxminən 2 il fəaliyyət göstərəcəyi planlaşdırılıb. Stansiya hər 12 dəqiqədən bir peyk rabitəsi vasitəsilə məlumatları ötürəcək.

  Çin cari il ərzində Comolunqma dağının şimal hissəsində 7028, 7790 və 8300 metr yüksəklikdəki nöqtələrdə daha 3 meteoroloji stansiya quraşdıraraq, 5200 metrdən 8300 metrədək olan hissədəki stansiyaların sayı 7-yə çatdırıb. Beləliklə, indiyədək quraşdırılmış 8 stansiya birgə fəaliyyət göstərərək, Comolunqmanın şimal hissəsində havanın temperaturu, rütubətliliyi, küləyin sürəti, istiqaməti, günəş radiasiyası və digər məlumatları toplamaqla məşğul olacaq.

  Qeyd edək ki, 5 çinli mütəxəssis 8300 metr yüksəklikdə meteoroloji stansiya quraşdırmaq üçün yerli vaxtla günorta saat 12:30-da təyinat nöqtəsinə çatıblar. Onların stansiyanı quraşdırmaq üçün şaxtalı və küləkli hava şəraiti səbəbindən cəmi bir saat vaxtları olub.



Әlaqәli Xәbәrlәr