“Türkiyənin ilk yerli müşahidə peyki İMECE tezliklə kosmosa buraxılacaq”, M.Varank

Paytaxt Ankarada Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzi USET-ə baş çəkən nazir burada etdiyi çıxışında deyib...

1818650
“Türkiyənin ilk yerli müşahidə peyki İMECE tezliklə kosmosa buraxılacaq”, M.Varank

 

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ölkənin ilk yerli və milli müşahidə peyki olan İMECE-in 2022-ci ilin noyabr ayından etibarən orbitə buraxılmağa hazır olacağını bildirdi.

  Paytaxt Ankarada Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzi USET-ə baş çəkən nazir burada etdiyi çıxışında deyib: “İMECE yerli müşahidə peyki Türkiyənin yüksək keyfiyyətli görüntü ehtiyacını qarşılayacaq.

  Peyk tezliklə son sınaqlara girəcək və orbitə buraxılmaq üçün ABŞ-a göndəriləcək.

  İnşaallah, 15 yanvar 2023-cü ildə Türkiyə öz yerli və milli müşahidə peyki kosmosda olacaq.

  Kosmosdan müşahidə edə bilmək və keyfiyyətli görüntülərə malik olmaq ölkələrin milli təhlükəsizlik strategiyaları ilə sıx bağlıdır.

  İMECE peykində istifadə etdiyimiz kameranı artıq xaricdən sifariş etmək istəyən ölkələr var. Onlar bizimlə bu peykə bənzər peyklər hazırlamaq və hazır olanları sifariş etmək istəyirlər".



Әlaqәli Xәbәrlәr