İlon Mask “Twitter”i 44 milyard dollara alıb

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.

1818002
İlon Mask “Twitter”i 44 milyard dollara alıb

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask "Twitter" sosial şəbəkəsini alıb.

İ.Mask bunun üçün 44 milyard ABŞ dolları ödəyib.

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi məlumatı təsdiqləyib.

Açıqlamada qeyd olunub ki, əməliyyat başa çatdıqdan sonra "Twitter" özəl şirkətə çevriləcək.

"İfadə azadlığı fəaliyyət göstərən demokratiyanın bünövrəsidir  və "Twitter" bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır", -deyə Mask deyib.



Әlaqәli Xәbәrlәr