“Aksungur” pilotsuz uçuş aparatına baza stansiyası xüsusiyyəti qazandırıldı

TUSAŞ tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün xüsusi hazırlanan “Aksungur” PUA platformasına ilk dəfə mülki baza stansiyası inteqrasiya edilib.

1814275
“Aksungur” pilotsuz uçuş aparatına baza stansiyası xüsusiyyəti qazandırıldı

Türkiyənin Aviasiya və Kosmos Sənayesi Şirkəti (TUSAŞ) tərəfindən Türkiyə Silahlı Qüvvələri (TSK) üçün xüsusi hazırlanan “Aksungur” pilotsuz uçuş aparatı (PUA) platformasına ilk dəfə mülki baza stansiyası inteqrasiya edilib.

TUSAŞ-dan verilən məlumata görə, Türkiyənin ilk iki mühərrikli PUA-sı "Aksungur" yeni qabiliyyətə sahib olub. 750 kiloqram yükgötürmə qabiliyyətinə malik platformaya inteqrasiya olunmuş mülki baza stansiyası üzərindən ilk dəfə olaraq fasiləsiz mobil telefon danışıqları aparılıb.

"Aksungur" bu qabiliyyəti sayəsində yanğın və zəlzələ kimi fəlakətlərdə, kəşfiyyat, müşahidə və kəşf fəaliyyətlərində əsas stansiya kimi xidmət edə biləcək.

40 min metr yüksəkliyə qədər uzun müddətli əməliyyatlar reallaşdıra bilən "Aksungur" PUA 50 saat havada qalma rekorduna sahibdir.



Әlaqәli Xәbәrlәr