Redaktə düyməsi istəyirsinizmi?

İlon Mask özünün tviter hesabında istifadəçilərə belə bir sual ünvanlayıb...

1807713
Redaktə düyməsi istəyirsinizmi?

 

   Amerikalı sahibkar, “SpaceX” və “Tesla” kompaniyalarının qurucusu, bu yaxınlarda həm də tviter kompaniyasının səhmdarı olan İlon Mask sosial şəbəkədə redaktə düyməsinin lazım olub-olmadığı ilə bağlı istifadəçilər arasında sorğu keçirib.

  İlon Mask özünün tviter hesabında istifadəçilərə belə bir sual ünvanlayıb: redaktə düyməsi istəyirsinizmi? Kompaniyanın baş direktoru Paraq Aqraval da sorğunun nəticələrinin vacib olduğunu deyərək istifadəçiləri cavab verərkən diqqətli olmağa çağırıb.

  Qeyd edək ki, İlon Mask bir müddət öncə ABŞ-ın Qiymətli Kağızlar Komissiyasına tviter kompaniyasında 9,2 faizlik paya sahib olduğu barədə məlumat verib.

  2006-cı ildə təsis edilən “Twitter İnc” kompaniyası qısa mesaj mübadiləsi üçün nəzərdə tutulan eyni adlı sosial şəbəkənin sahibidir. Kompaniyanın qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.



Әlaqәli Xәbәrlәr