Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

1797027
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

Qonaq nazir səfər çərçivəsində Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar ilə görüşüb.

Görüş zamanı yaradılması nəzərdə tutulan Azərbaycan-Türkiyə birgə Universiteti barədə ətraflı müzakirələr aparılıb.

Bildirilib ki, səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə də görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin qarşılıqlı səfərlərinin təşviqi haqqında əldə olunmuş razılıq əsasında Azərbaycandan 25 şagird və onları müşayiət edən müəllimlərdən ibarət heyətin cari ilin 15-22 mart tarixlərində Türkiyənin Çanaqqala şəhərinə səfərindən dolayı məmnun olduqlarını vurğulayıblar.

Qeyd edilib ki, cari ilin may-iyun aylarında isə Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr