“Solar Orbiter” Günəşin lap yaxınlığına çatmaqdadır
ESA-nın saytında yer alan xəbərə görə...
Avropa Kosmik Agentliyinin (ESA) Günəşi müşahidə peyki olan “Solar Orbiter”in martın 26-da Günəşin ən yaxın mövqeyinə çatacağı gözlənilir.
ESA-nın saytında yer alan xəbərə görə, hazırda Yer kürəsi və Günəş arasında yolun az qala yarısından keçən peyk martın 14-də Merkuri orbitində, 26-da isə Günəşə bu planetdən də daha yaxın olacaq.
Peyk Günəşin atmosferini və maqnit sahəsini, eləcə də kosmosda günəş küləyi kimi tanınan hissəciklərin sabit axınını öyrənəcək.
Kosmosdakı bu unikal yerin alimlərə kosmik hava və Günəş-Yer əlaqəsini araşdırmaq üçün daha çox imkanlar açacağı gözlənilir.
ESA qeyd edib ki, alimləri Yerə yaxın işləyən digər kosmik gəmilərlə əlaqəli işləyərək bugünkü Yer-Günəş xəttinin tranzitini öyrənmək üçün “Solar Orbiter” müşahidələrindən istifadə edəcəklər.
600 dərəcə selsiyə qədər olan temperaturlara tab gətirmək üçün qurulan “Solar Orbiter” hazırda Günəşdən təxminən 75 milyon kilometr uzaqlıqdadır və getdikcə yaxınlaşır.
Sensor və kameralarla təchiz edilən peykin Günəşə 42 milyon kilometrə yaxın yaxınlaşaraq bir çox naməlum məqamları araşdıracağı gözlənilir.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA tərəfindən də dəstəklənən ESA-nın “Solar Orbiter” müşahidə peyki Günəş haqqında məlumatları daha da dərinləşdirmək üçün 2020-ci ilin fevral ayında ABŞ-dakı “Cape Canaveral” kosmik stansiyasından buraxılıb. Birgə missiya təxminən 1,5 milyard avroya başa gəlir.