İki kosmik teleskop qurumu “Sagittarius A” qara dəliyini tədqiq edəcək

“Space.com”un məlumatına görə...

1783218
İki kosmik teleskop qurumu “Sagittarius A” qara dəliyini tədqiq edəcək

 

  “James Webb” kosmik teleskopu “Süd yolu” qalaktikasının mərkəzində yerləşən, daim yanıb-sönən superkütləli “Sagittarius A” (Oxatan A) qara dəliyinin tədqiqində iştirak edəcək.

  “Space.com”un məlumatına görə, “Süd yolu” qalaktikasının mərkəzində yerləşən superkütləvi qara dəlik “Sagittarius A” hər saat yanıb-söndüyü üçün söndüyü zaman görünmür.

  “James Webb” teleskopu mütəxəssisləri 2019-cu ildə ilk dəfə “Sagittarius A”nı görüntüləməyi bacaran və Yer kürəsinə yerləşdirilən 8 radio-teleskopdan ibarət “Hadisə üfüqü” teleskopunun (EHT) mütəxəssisləri ilə əməkdaşlıq quraraq birgə fəaliyyətə başlayıb.

  M87-dən daha yaxın olmasına baxmayaraq, yanıb-sönən quruluşu “Sagittarius A”nı görməyi çətinləşdirir.

  “James Webb”in qara dəlik bölgəsi işıqlandırıldığı zaman aldığı infraqırmızı görüntülərlə EHT komandasına töhfə verəcəyi bildirilir.

  “James Webb” “Sagittarius A”nı səpələnmiş işıqların maneəsi ilə qarşılaşmadan iki infraqırmızı dalğa uzunluğunda görüntüləyəcək.

  İki teleskop firması birgə əməkdaşlıqla qara dəlikdəki şüalanmaların səbəbləri haqqında daha çox məlumat əldə edəcək.  



Әlaqәli Xәbәrlәr