Ən böyük qalaktika kəşf edildi
Güman edilir ki, bu kəşf kainatı daha yaxşı başa düşməyə imkan verəcək

Yer kürəsindən 3 milyard işıq ili uzaqlıqda məlum olan ən böyük qalaktika kəşf edilib.
Alimlər indiyə qədər müşahidə olunan ən böyük qalaktikanın kəşf edildiyini açıqlayıblar.
Radioqalaktika növü olan qalaktikanın Yerin yerləşdiyi “Süd yolu” qalaktikasından 100 dəfə böyük olduğu bildirilib.
“Alcyoneus” adlı qalaktikanın bir ucundan digərinə məsafə 16 milyon işıq ilidir.
Yerdən üç milyard işıq ili uzaqda olan “Alcyoneus”un kəşfi təsadüfən baş verib.
“Alcyoneus”un sonsuz fəzada tutduğu yer 5 meqaparsekdir. Alimlər niyə onun bu qədər böyüdüyünü hələ izah edə bilmirlər.
Bu kəşfin kainatı daha yaxşı başa düşməyə kömək edəcəyinə inanılır.
Әlaqәli Xәbәrlәr

Cənubi Koreya yerli istehsalı olan raketini kosmosa göndərdi
Missiya uğurlu olarsa, Cənubi Koreya öz texnologiyası ilə kosmosa peyk buraxan 7-ci ölkə sayılacaq