İlk dəfə bir qadın QİÇS-dən qurtuldu

BBC-də yer alan xəbərə görə...

1780183
İlk dəfə bir qadın QİÇS-dən qurtuldu

 

  Müalicə aldıqdan sonra ilk dəfə bir qadın QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan İİV virusundan (İnsan İmmun Çatışmazlığı Virusu) sağalıb.

  BBC-də yer alan xəbərə görə, amerikalı bu xəstə qadına QİÇS-ə səbəb olan HİV virusuna təbii müqaviməti olan birindən kök hüceyrə nəql edilib. Leykozdan 14 aydır müalicə olunan qadın yaxınlarda İİV-dən də qurtulub. Xəstənin HİV-dən sağalmış üçüncü şəxs və ilk qadın olduğu bildirilir.

  Bununla belə, ekspertlər göbək qanı ilə transplantasiya metodunun HİV-ə yoluxmuş insanların əksəriyyəti üçün uyğun ola bilməyəcək qədər riskli olduğunu da vurğulayırlar.

  Yoluxmuş xəstənin nümunəsi Denverdə keçirilən tibbi konfransda təqdim edilib və bu metodun HİV-in funksional müalicəsi kimi ilk dəfə istifadə olunduğu bildirilib.

  Xəstəyə xərçəng müalicəsinin bir hissəsi olaraq göbək qanı köçürülüb və o vaxtdan bəri HİV müalicəsi üçün lazım olan antiretrovirus dərmanları qəbul etməyə ehtiyac qalmayıb.

  Bu hadisə ABŞ-da xərçəng və ciddi xəstəliklərin müalicəsi üçün eyni növ qanköçürmə almış İİV-ə yoluxmuş insanlar üzərində aparılan genişmiqyaslı tədqiqatın bir hissəsidir.

  Alimlər hesab edir ki, bu transplantasiya edilənlərin immun sistemində HİV-ə qarşı müqavimət yarana bilir.



Әlaqәli Xәbәrlәr