“Bu, bizim həyatımızda reallığa çevriləcək", İ.Mask

“Twitter” hesabında 2030-cu ildən etibarən buraxılması gözlənilən Mars planetinə insanlı missiyanı simulyasiya edən animasiya paylaşımında Mask yazıb...

1779980
“Bu, bizim həyatımızda reallığa çevriləcək", İ.Mask

 

  “Tesla” və “SpaceX”in banisi İlon Mask (Elon Musk) “Starship” raketi ilə Marsa səyahətini simulyasiya edən 5 dəqiqəlik video paylaşıb.

  “Twitter” hesabında 2030-cu ildən etibarən buraxılması gözlənilən Mars planetinə insanlı missiyanı simulyasiya edən animasiya paylaşımında Mask yazıb: "Tamamilə və sürətlə təkrar istifadə edilə bilən nəqliyyat vasitələri bəşəriyyətin ulduzları araşdıracağı gələcəyin açarıdır. Bizim həyatımızda bu, reallığa çevriləcək."

  Videoda “Starship” raketi və “Super Heavy” köməkçi raketinin səyahətə davam etməzdən əvvəl orbitdə yanacaq doldurduqdan sonra kosmodromdan buraxılması göstərilir.

  7 aylıq səyahət nəticəsində videoda “Starship” və “Super Heavy”nin Marsa şaquli eniş etdiyi görünür və raketlərin növbəti missiyalarda istifadə oluna biləcəyi diqqət çəkir.

  Xatırladaq ki, “Starship”in ilk sınağı 2021-ci ilin may ayında edilib və 10 kilometrə çatan nəhəng raket möhkəm və dayanıqlı şəkildə enə bilib.

  NASA 2025-ci ildə astronavtları Aya endirmək üçün təkrar istifadə oluna bilən "Starship"i işə salmağı planlaşdırır, İ.Mask isə Marsda bir şəhər yaratmaq və oraya avadanlıq və insanları aparmaq üçün ulduz-gəmilərindən ibarət donanma yerləşdirməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr