Türk alimlərdən daha bir yenilik

Türkiyəli alimlər litium-ion batareyalarının iş qabiliyyətini 5 dəfə artıran karbon qaynaqlı material istehsal ediblər.

1772879
Türk alimlərdən daha bir yenilik

Malatya İnönü Universitetində bir qrup alim 10 müxtəlif növdən istehsal etdikləri karbon mənşəli materiallarla litium-ion batareyaların performansını yaxşılaşdırmaq üçün təcrübələr aparıb. Tədqiqat nəticəsində akademiklər bu batareyaların performansını artıran iki fərqli birləşmə istehsal etməyi bacarıblar. Universitetin Kimya Bölməsinin alimlərindən Prof. Dr. Sedat Yaşar, litium-ion batareyaların elektron cihazların əhəmiyyətli bir parçası olduğunu, onların daha çox elektrik avtomobilləri ilə gündəmdə olduğunu, Bir çox ölkənin litium-ion batareya istehsalına sərmayə qoyduğunu və bu istiqamətdə çalışdıqlarını ifadə edərək deyib: “Bir müddətdir ki, litium-ion batareyaların performansını artıran karbon qaynaqlı material istehsalı layihəsi üzərində çalışırıq. 10 müxtəlif növ karbon qaynaqlı material istehsal etdik. Testlərimizdə 2 materialın qrafitlə müqayisədə təxminən 5 dəfə üstün performans təmin etdiyini müşahidə etdik. Milli və beynəlxalq patentlər üçün müvafiq orqanlara müraciətimiz oldu. Bu layihə ilə kommersiya akkumulyatorlarının gücünü artırmaq və daha ucuz, daha səmərəli və dayanıqlı akkumulyatorlar istehsal etmək istəyirik”.



Әlaqәli Xәbәrlәr