Maqnit topları xərçəng şişlərini məhv etmək üçün istifadə edilə bilər
İngiltərə alimləri aşkar ediblər ki, maqnit rezonans tomoqrafiya (MRT) aparatı ilə idarə olunan maqnit topları xərçəng şişlərini məhv etmək üçün istifadə edilə bilər.
İngiltərə alimləri aşkar ediblər ki, maqnit rezonans tomoqrafiya (MRT) aparatı ilə idarə olunan maqnit topları xərçəng şişlərini məhv etmək üçün istifadə edilə bilər.
London Universitetinin alimləri kürəcik ölçüsündə maqnit topunun xərçəng hüceyrələrinin mərkəzinə göndərilə biləcəyini aşkar ediblər.
Xərçəngin diaqnozu üçün adətən istifadə edilən MRT aparatı siçanlar üzərində sınaqdan keçirilib.
Xromlanmış polad maqnit top siçanın bədəninə yönəldilib.
Maqnit top 45 saniyədə 55 dərəcə istiliyə çatdıqdan sonra hədəflənən partlayışla yaxınlıqdakı sağlam toxumalara zərər vermədən xərçəng hüceyrələrini sürətlə məhv etdi.
Bildirilir ki, siçanların topu şişə doğru yönəltməsi, partlatması və daha sonra nüvəni çıxarması 5 dəqiqə çəkdiyi halda, insanlar üçün 30 dəqiqə çəkəcək.
Donuzların beynində də sınaqdan keçirilən cihazın bu il prostat vəzi xərçəngi xəstələri üzərində sınaqdan keçirilməsinə başlanılacağı bildirilib.
Bununla belə, alimlər cihazın istənilən xərçəng xəstəliyində də istifadə oluna biləcəyini bildirirlər.
Әlaqәli Xәbәrlәr
Türkiyənin milli qırıcı təyyarəsi daha bir uçuş testini uğurla tamamlayıb
Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb