D vitamini çatışmazlığı "Covid-19" virusu ilə bağlı ölümlərə səbəb olur

Yeni növ koronavirus (Covid-19) hallarının və virusa bağlı ölümlərin D vitamini çatışmazlığı ilə əlaqəli ola biləcəyi aşkarlanıb.

1767141
D vitamini çatışmazlığı "Covid-19" virusu ilə bağlı ölümlərə səbəb olur

TRT  xəbər  verir  ki,  bu  barədə  “Spring.org” saytında   məlumat  paylaşılıb.  Bildirilib  ki, elm adamları "Covid-19" ilə D vitamini arasındakı əlaqəni araşdırıblar. Tədqiqat  çərçivəsində 20 Avropa ölkəsinin sağlamlıq hesabatlarına  baxılıb. Araşdırmada İtaliya, İsveçrə və İspaniya kimi ölkələrin yaşlı əhalisində D vitamini çatışmazlığı müşahidə edilib. Mütəxəssislərə  görə   Cənubi Avropa ölkələrində fərdlərin D vitamini səviyyəsinin aşağı olmasının insanların günəş işığından  özlərini  qorumaları   ilə  bağlı ola bilər. 

 Digər tərəfdən, Skandinaviya ölkələrində "Covid-192 virusuna yoluxma hallarının az olmasının D vitamini və balıq yağı kimi əlavələrin istifadəsi ilə bağlı ola biləcəyinə, D vitamini ilə virusa bağlı ölümün qarşısının alına biləcəyinə   diqqət  çəkilib.  Daha   əvvəl    aparılan  araşdırmalarda  D vitamini çatışmazlığının tənəffüs yolu xəstəlikləri ilə əlaqəli ola biləcəyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr