Yerfındığı allergiyasına son

Alimlər müəyyən ediblər ki, uşaqlar erkən yaşda müalicə olunarsa, yerfındığı allergiyasına qalib gələ bilərlər.

1766226
Yerfındığı allergiyasına son

Nəticələri "Lancet" jurnalda dərc edilən araşdırmada, yerfındığının tolerantlığını artırmaq üçün 1-3 yaş arası 146 uşağa artan miqdarda yerfındığı proteini verilib. Təcrübə başladıqdan iki il yarım sonra uşaqların 71%-nin 16 ədəd yerfındığına allergik reaksiya göstərmədikləri qeydə alındıqda, təcrübə tamamlandıqdan 6 ay sonra 21%-də yerfındığı tolerantlığının qorunduğu müşahidə olunub. Tədqiqatçılar qeyd ediblər ki, oral immunoterapiya kiçik uşaqlarda və yüngül allergiyası olanlarda daha təsirlidir.

Arkanzas Universitetindən Stacie Jones araşdırmanın nəticələrinin erkən yaşda yerfındığı allergiyasının müalicəsinin mümkün olduğunu göstərdiyini, lakin immunoterapiyanın təsirinin nə qədər davam edəcəyini müəyyən etmək üçün daha ətraflı araştırmalara zərurət olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr