"TURKOVAC" peyvəndi ilə bağlı yeni araşdırma

Yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış yerli vaksin olan "TURKOVAC" üçün yeni elmi araşdırmaya başlanılır.

1765799
"TURKOVAC" peyvəndi ilə bağlı yeni araşdırma

Yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanmış yerli vaksin olan "TURKOVAC" üçün yeni elmi araşdırmaya başlanılır. Araşdırmada iki doza "BioNTech" peyvəndi üzərinə bir doza "TURKOVAC" peyvəndi vurduranların antitel səviyyələrinə baxılacaq.

Yerli vaksin "TURKOVAC" kifayət qədər elmi məlumatlar toplandıqdan sonra istifadəyə verilib. İlk peyvənd olaraq tətbiq olunmaqla yanaşı, "mRNT" və inaktiv peyvənddə xatırlatma dozası kimi də istifadə olunur.

Səhiyyə naziri Fahrettin Koca Nazirlər Kabinetinin yanvarın 19-da keçirilən iclasından sonra yeni araşdırma ilə bağlı məlumatı jurnalistlərə açıqlayıb.

Nazir Koca açıqlamasında deyib:

"İki  "mRNA" peyvəndindən sonra bir boza "TURKOVAC" araşdırmasına başlayacağıq. (Tədqiqatda) Xəstədə olan antitel izləniləcək. "mRNT" vaksinindən sonra inaktiv tədqiqat dünyada ilk olacaq".

Araşdırma üçün lazımi icazələrin alındığını deyən Koca “İki "mRNT" peyvəndindən sonra bir doza "TURKOVAC" tədqiqinə yanvarın 24-də Ankarada başlanılacaq” deyib.



Әlaqәli Xәbәrlәr