Əfqanıstanda dövlət universitetləri yaxın zamanda açılacaq

Əfqanıstanda dövlət universitetlərinin yaxın zamanda açılacağı bildirilib.

1761966
Əfqanıstanda dövlət universitetləri yaxın zamanda açılacaq

Əfqanıstanda dövlət universitetlərinin yaxın zamanda açılacağı bildirilib.

Taliban müvəqqəti hökumətinin ali təhsil nazirinin müavini Şeyx Əbdülbaki Xaqqani Əfqanıstanın paytaxtı Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, dövlət universitetlərinin bu günə qədər bağlanmasının səbəbi iqtisadi problemlərdir.

İqtisadi problemlərin tezliklə həll olunacağını bildirən Xaqqani dövlət universitetlərində yenidən təhsil və kadr hazırlığına başlanacağını qeyd edib.

Ölkə daxilində 40 dövlət, 150 özəl universitet olduğunu xatırladan Xaqqani təhsilin özəl universitetlərdə davam etdiyini bildirib.

O, ölkədəki bütün təhsil müəssisələrini standartlaşdırmaq və təhsil sistemini digər ölkələrlə rəqabətədavamlı etmək əzmində olduqlarını vurğulayıb.

Xaqqani bəzi ölkələrin Əfqanıstanda ali təhsilə dəstək və əfqan tələbələrə təqaüd verəcəyini vəd etdiyini bildirib.

Əfqanıstandakı universitetlər yeni növ koronavirus (Covid-19) səbəbiylə Taliban 2021-ci ilin avqustunda ölkəni ələ keçirməzdən əvvəl  təhsili dayandırmışdı.

Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra özəl universitetlər 2021-ci ilin sentyabrında fəaliyyətə başlayıb, dövlət universitetləri isə bağlı qalıb.



Әlaqәli Xәbәrlәr