"Turkovac" peyvəndinin üçüncü mərhələ tədqiqat nəticələri

Yeni növ koronavirusa (Covid-19) qarşı hazırlanan yerli "Turkovac" peyvəndinin Çin peyvəndi "Coronavac" ilə müqayisədə 49 faiz daha qoruyucu olduğu müəyyən edilib.

1761442

"Turkovac" peyvəndinin üçüncü mərhələ tədqiqat nəticələri açıqlanıb.

Buna görə, üçüncü mərhələ tədqiqatlarda könüllülərin yarısı "Turkovac" qrupuna və yarısı "Coronavac" qrupuna daxil edilib. Könüllülərə 28 gün fasilə ilə 2 doza peyvənd vurulub.

Tədqiqat çərçivəsində 1286 nəfərə ən azı bir doza tədqiqat peyvəndi, 1158 nəfərə isə ikinci doza peyvənd vurulub.

Ümumilikdə "Turkovac" və "Coronavac" ilə birlikdə 2444 doza vaksin vurulub.

Effektivlik təhlili 1182 könüllü üzərində aparılıb.

Araşdırmada yerli vaksin "Turkovac"ın "Coronavac"dan 49 faiz daha qoruyucu olduğu müəyyən edilib.

Әlaqәli Xәbәrlәr