Orqanları sıradan çıxmış xəstələrə yeni ümid

ABŞ-da insana donuz ürəyi köçürülüb

1760464
Orqanları sıradan çıxmış xəstələrə yeni ümid

ABŞ-da geni dəyişdirilmiş donuz ürəyi uğurla insana köçürülüb.

TRT  xəbər verir ki,  bu barədə “New York Times” qəzeti  məlumat yayıb.

“Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyasıdır. Baltimorda (Merilend ştatı-red) səkkiz saat davam edən əməliyyat keçirilib. Merilend Universitetinin Tibb Mərkəzinin cərrahlarının dediyinə görə, xəstənin vəziyyəti yaxşıdır”, – qəzet yazıb.

57 yaşlı resipiyentin adı Devid Bennetdir. Onun həyatı üçün təhlükə yaradan ürək xəstəliyi olub, geni dəyişdirilmiş donuzun ürəyinin transplantasiyası orqanları sıradan çıxmış yüz minlərlə xəstəyə ümid verir.

 



Әlaqәli Xәbәrlәr